Gilan əyalətinin Mədəniyyət və İslami İrşad İdarəsinin işdən çıxarılan rəisi Rza Seqətinin qanundankənar intim münasibətləri ilə bağlı faktları dərc edən "Gilan Radiosu" teleqram kanalının redaktoru Peyman Behbudi məsələ ilə bağlı mövcud faktlar və məlumatlar haqqında yeni təfərrüat açıqlayıb.

Bu barədə "Azad İran" teleqram kanalı məlumat verib.

Xatırladaq ki, ötən günlərdə Gilan Mədəniyyət və İslami İrşad İdarəsinin rəisinin bir kişi ilə cinsi əlaqədə olması ilə bağlı xəbərlərin yayılmasından sonra Rza Seqəti tutduğu vəzifədən uzaqlaşdırılıb.

Videonu ilk dəfə yayımlayan adıçəkilən “Telegram” kanalının redaktoru “Amerikanın Səsi”nə müsahibəsində Rza Seqətinin həbs edilən çoxlu cinsi tərəfdaşının olduğunu və onlardan birinin videonu ona göndərdiyini qeyd edib.