“Bakı Metropoliteni” QSC-nin yerüstü stansiyalarına yeni rəislər təyin edilib.
Sulh.info.az Report-a istinadən xəbər verir ki, bu barədə QSC sədri Zaur Həsənov əmr imzalayıb.
Z.Həsənovun imzaladığı əmrə görə, İsa Musayev “Bakmil”, Elçin Ələsgərov isə “Xocəsən” stansiyasının rəisi təyin edilib. Hər iki şəxs bu vəzifə üçün imtahan verib.
İ.Musayev bu təyinata qədər “Neftçilər” stansiyasında rəis müavini, E.Ələsgərov isə “8 Noyabr” stansiyasında Mərkəzləşmə Məntəqə növbətçisi vəzifəsində çalışıb.
Xatırladaq ki, “Bakı Metropoliteni”nin uzunluğu 40 km-ə çatan 27 stansiyası var.