Bu gün Laçın Sərhəd Keçid Məntəqəsinə yaxın ərazidə gözləyən "Spayka" şirkətinin maşınları 2020-ci ilin oktrabr ayının 10-da, yəni müharubə zamanı Ermənistana qanunsuz silah daşıdığı üçün Gürcüstan-Ermənistan sərhədində saxlanılmışdı.
Bunu hərbi ekspert Ədalət verdiyi deyib. Ekspert qeyd edir ki, şəkildən də görünür ki, hərbi avtomatik idarəetmə sistemi Ermənistan nəqliyyat şirkəti "Spayka"ya məxsus mülki yük maşınları ilə daşınıb:
"Hərbi texnikanın quraşdırıldığı avtomobil mülki bağlamalarla üstü örtülü şəkildə yük qoşqusunun arxasına yerləşdirildiyi aşkarlanmışdı.
Belə olan halda "Spayka" şirkətinin Azərbaycan ərazilərinə buraxılması ümumiyyətlə müzakirə edilməməlidir. Bu onu göstərir ki, Ermənistanın hakimiyyət orqanlarının Gürcüstanın öz ərazisindən hərbi yük daşınmasına qoyduğu qadağanı açıq şəkildə pozmağa davam edir" -ekspert qeyd edib.