​Daha iki vəzifəli şəxs işdən ÇIXARILDI

​Daha iki vəzifəli şəxs işdən ÇIXARILDI
11:01 28.07.2023
106 Ölkə
A- A+

Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı sərəncamı ilə daha iki vəzifəli şəxs işdən azad olunub.

Sulh.info.az apa-ya istinadən xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidovun müvafiq sərəncamları ilə Naxçıvan Şəhər Ticarət və Xidmət Departamentinin direktoru Fariz Bağırov və Naxçıvan Sukanalizasiya İdarəsinin müdiri İlqar Əliyev vəzifələrindən azad edilib.

İcra başçısının digər sərəncamları ilə Əli Vəliyev Naxçıvan Şəhər Ticarət və Xidmət Departamentinin direktoru, Mustafa Mustafayev isə Naxçıvan Sukanalizasiya İdarəsinin müdiri təyin olunub.