​Rəşad Dağlının məhkəmədən görüntüsü: Son sözü dedi - FOTO

​Rəşad Dağlının məhkəmədən görüntüsü:
12:07 28.07.2023
239 Hadisə
A- A+

Bakıda qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlının (Əmirov) cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

Sulh.info.az "Report"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə Rəşad Dağlının vəkili çıxış edərək müvəkkili barəsində daha yüngül cəza verilməsinin xahiş edib.

Vəkil çıxışında qeyd edib ki, İsgəndər Mehdiyev Rəşad Dağlıya küçə söyüşləri söyüb: "Bu söyüşlərdən Rəşad affekt halına düşüb. Məhkəmədə və istintaqda həmin anı Rəşad Dağlı xatırlamır. Mən dəfərlərlə psixoloji ekspertizaların keçirilməsi ilə bağlı vəsatət verdim. Mənim iştirakım təmin edilmədi. Hadisə baş verəndən sonra özü təslim olub. Səmimi olaraq peşman olduğunu deyib. Atası və anası işləmir, övladları özəl məktəbdə oxuyur. Onun əməlində ağırlaşdırma halı yoxdur. Cinayət Məcəlləsinin 228-ci maddəsi olan bəraət verilməsini istəyirəm".

Daha sonra prosesdə Rəşad Dağlı son söz deyib.

Rəşad Dağlı son sözündə bildirib ki, onun necə adam olduğunu hamı bilir: "Dövlətimin, xalqımın yanında olmuşam. Dövlət tədbirlərində iştirak etmişəm. Himayəmdə azyaşlı uşaqlar var, ödənişli təhsil alırlar. Azadlıqdan uzun müddət məhrum edilsəm, övladlarımın təhsil almağı çətinləşəcək. Xahiş edirəm bunu da nəzərə alasınız".

Məhkəmə hökm qəbul etmək üçün müşavirəyə yollanıb.

Qeyd edək ki, ötən prosesdə prokuror Rəşad Dağlının 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Xatırladaq ki, Rəşad Dağlı ötən il noyabrın 9-da Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi maşınında bıçaqla qətlə yetirməkdə təqsirləndirilir. Hadisəni törədən meyxanaçı könüllü olaraq polisə təslim olub.

Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci( qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham irəli sürülüb.