Repçi Paster (Pərviz Quluzadə) yeni açıqlaması ilə gündəmə gəlib.
Baku TV-də yayımlanan “Qapqara” verilişinə qonaq olan repçi hazırda həbsdə olan meyxanaçı Rəşad Dağlıdan danışıb.
Paster bildirib ki, "Şir həmişə şirdir" musiqili meyxanasını ilk dəfə Rəşad Dağlı ona təklif edib. Repçi meyxanaçı ilə daha bir layihə düşündüyünü lakin bunun yarım qaldığını vurğulayıb:
"Şir həmişə şirdir" Rəşad Dağlının bizim studiyaya gələndə etdiyi təklif idi. Bizim də ona başqa təklifimiz var idi. Amma belə söz ustadının sözünü yerə sala bilməzdik. İlk onun təklifini etdik. Bu təklif isə alınmadı. Layihə reallaşsaydı, bu bir ilk olacaqdı. Rəşad Dağlı ilə istəyimiz alınmadı".