“Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyevanın villa alması ilə bağlı yayılan məlumatlar əsassızdır”.
Mehriban Vəliyeva haqqında yazılan məlumatları təkzib edib. Saytımızın email ünvanına göndərilən cavabda daha sonra bildirilib:
“Qeyd edək ki, həqiqətəuyğun olmayan məlumatın paylaşılması ciddi təəssüf doğurur.
Əsassız məlumatlar yayan kütləvi informasiya vasitələri qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar”./Konkret.az