​Sumqayıt Psixiatriya Xəstəxanasında ÖLÜM: "Yeməyini yedikdən sonra..."

​Sumqayıt Psixiatriya Xəstəxanasında ÖLÜM:
14:51 28.07.2023
207 Hadisə
A- A+

Sumqayıt şəhər Psixiatriya Xəstəxanasında ölüm hadisəsi baş verib.

Şəhər sakini, 30 yaşlı Ləman Mirzə qızı Nəcəfova müalicə aldığı Psixiatriya Xəstəxanasında ölüb.

Xəstəxanadan  faktı təsdiqləyiblər.

Bildirilib ki, L. Nəcəfova anadangəlmə ruhi əsəb xəstəsi olub:

“İki gün idi xəstəxanaya yerləşdirilmişdi, vəziyyəti ağır deyildi. Bu gün yeməyini yedikdən sonra qəflətən dünyasını dəyişib. Ölümün səbəbləri məlum deyil”./Lent.az