​Uşaqlıqda anasına verdiyi sözə əməl edibmi? - AÇIQLAMA

​Uşaqlıqda anasına verdiyi sözə əməl edibmi?
16:05 28.07.2023
221 İdman
A- A+

"Qalatasaray", "Atletiko" və "Barselona"nın keçmiş futbolçusu Arda Turan keçmişdə yaşadığı maddi sıxıntılardan danışarkən anası ilə bağlı kövrək bir hekayəni xatırlayıb.

 

Arda Turan deyib:

 

“Anamın 32-34 yaşı olardı. Uşaq idim onda. Evə gəldim, gördüm ağlayır. Səbəbini soruşdum. Dedi, evimiz çox kiçik, çox rütubətlidir. Heç rahatlıq tapa bilmirəm. Ona söz verdim ki, sən 40 yaşına çatmadan çox gözəl bir ev alacam.

 

Futboldakı uğurlarımın çoxu anama verdiyim sözlə bağlıdır. 40 yaşının tamam olmasına 5 ay qalmış o gözəl evi alıb, anama bağışladım. Ömrümün ən gözəl günü o gün idi”.