Hazırda İsraildəki həbsxanalarda yer çatışmazlığı müşahidə edilir.
Bir çox cinayətkarlar, hətta zorakılıq və seksual xarakterli hərəkətlər edənlər də İsrail həbsxanalarında ciddi yer çatışmazlığı səbəbindən ev dustaqlığına buraxılır.
Əldə olunan məlumata görə, İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir bu barədə əmr imzalayıb.
Onun bu qərarı ölkədə ciddi mübahisələrə səbəb olub.