Azərbaycanda ana azyaşlı uşaqları evdə tək qoyub gedib.
Bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
Sulh.info.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov Lent.az-a bildirib ki, sosial şəbəkələrdə azyaşlı uşaqların evdə tək və köməksiz qalması barədə yayılmış görüntülər Daxili İşlər Nazirliyi tərəfindən nəzarətə götürülüb.
Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin həmin ünvan müəyyən edilib və aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə birlikdə ailəyə baxış keçirilib və onlar İcra Hakimiyyəti orqanına dəvət olunublar.
Bundan sonra ailənin yaşam şəraitinə qiymət verilərək yaxşılaşdırılması üçün müvafiq qərar qəbul olunacaq.