Xırdalan şəhəri Həsən bəy Zərdabi küçəsində gənclər arasında narkotikdən istifadə halları artıb. 

Bu barədə bloger Nail Kəmrəlinin yutub kanalında videomaterial təqdim edilib.

Kəmərlinin sözlərinə görə, ərazidə yaşan sakinlər, o cümlədən narkotik istifadəçisi olan gənclərin valideynləri şikayət edərək bu vəziyyətin işıqlandırılmasını istəyib. 

Həmin ərazidə yaşan və keçmiş polis olan sakinlərdən biri qaldıqları küçəni "Kolumbiya" adlandırıb:

 

"Vaxtında gəlib çəkmək lazım idi. Dəfələrlə "102"yə zəng vurub vəziyyəti bildirmişik. Heç Kolumbiyada belə şey yoxdur. Orada olmamışam, amma buradan min dəfə yaxşıdır. Küçə başdan ayağa narkomanlarla doludur. Yoldan nə qız, nə də gəlin keçə bilir. Şəxsən mənim gözümün qabağında 5 manat pul ödədi, o da narkotiki ayağının altına atdı. Mən kişi ola-ola ayağım-ayağıma dolaşır.

Sayları çoxdur. Burada bir ev var hamısı ora yığışır. Bir adam var onlara yemək verir. Əvvəl ev sahibi var idi, artıq yoxdur, ev boşdur. Bu mənzil bağolanıb möhürlənməldir. İçəri giriş qadağan edilməlidir. Saat 12-dən sonra hamının qarşısını kəsib pul istəyirlər. Qonşu var, iki dəfə oğlunu döyüblər. Həbsdən çıxanların hamısı qaçır bura gəlir".

Daha sonra çəkiliş qrupu hasardan sahibsiz evə daxil olub. Onlar əsl xarabalığı xatırladan mənzilin narkomanların yuvasına çevrildiyinin şahidi olublar.

Sakinlər isə iddia edirlər ki, narkomanlar küçədə yaşayanların hamısının avtomobilini soyublar. Uşaqlar isə narkotik madənin motosikletdə satıldığını gözləri ilə gördüklöərini deyiblər./BAKU.WS

Ətraflı videoda: