​Ermənistan Azərbaycanın daxili işinə qarışmaq niyyətindən əl çəkmir - Ceyhun Bayramov

​Ermənistan Azərbaycanın daxili işinə qarışmaq niyyətindən əl çəkmir
14:30 31.07.2023
110 Siyasət
A- A+

Ermənistanın öz öhdəliklərinə zidd olaraq hələ də öz silahlı birləşmələrini Azərbaycan ərazisindən çıxarılmamasının, Zəngəzur dəhlizinin açılmasına maneəçilik törətməsi, Qarabağda yaşayan erməni sakinlərin hüquq və təhlüksəizliyi bəhanəsi ilə Azərbaycanın daxili işinə qarışmaq niyyətindən əl çəkməməsi bölgədə sülh və əmin amanlığa əsas təhdidlər sırasındadır.

Bunu Azərbaycan xarici işlər nazirliyi Ceyhun Bayramov Türkiyənin xarici işlər naziri Hakan Fidanla keçirdiyi mətbuat konfransında deyib.

"Bütün bu təhdidlərə baxmayaraq Azərbaycan tərəfindən həyata kçeirilən siyasət eyni zamanda Azərbaycan və Türkiyənin bölgənin gələciyinə olan birgə baxışları, və atılan addımlar bundan sonra da regionda tərəqqini,təhlükəsizliyi təmin edəcəkdir", - deyə C.Bayramov bildirib./trend