​Kürəkəni Surət Hüseynovun ölüm xəbəri barədə: “Bilinmir, nə baş verib”

​Kürəkəni Surət Hüseynovun ölüm xəbəri barədə:
15:49 31.07.2023
111 Ölkə
A- A+

“Hələ dəqiq bilinmir, nə baş verib”.

Bu sözləri “Qaynarinfo”ya Surət Hüseynovun Kamran adlı kürəkəni bildirib.

Onun sözlərinə görə, Surət Hüseynov hazırda İstanbulda xəstəxanaların birindədir:

“Onun reanimasiyada olduğu bildirilir. Hələ ki oraya gedib çıxan olmayıb. Ona görə də dəqiq heç nə deyə bilmərik. Deyirlər, komaya düşüb”.

Surət Hüseynovun kürəkəninin sözlərindən belə anlaşılıb ki, keçmiş baş nazirin səhhəti qəfil pisləşib. Çünki onun səhhətində problemlərin olduğu müşahidə olunmayıb.

 

“Vallah, bilinmir, qəfil olub, deyəsən. Bir oraya gedək çıxaq, ondan sonra dəqiq biləcəyik. Hələlik heç nə deyə bilmirik”, - Surət Hüseynovun kürəkəni söyləyib.