​"Real"dan Arda ilə bağlı sürpriz qərar - Lisenziyası dayandırılır

​
09:53 01.08.2023
129 İdman
A- A+

 

“Real Madrid” Arda Gülerin lisenziyasını 2024-cü il yanvarın 1-dək dondura bilər.

 

Bu barədə “Mundo Deportivo” məlumat verib. Bildirilib ki, klubun ABŞ düşərgəsində zədələnən Ardanın 3 ay meydanlardan uzaq qalacağı gözlənilir. Dizindəki menisk zədəsi səbəbiylə Arda Gülerin cərrahi müdaxiləsiz müalicəsinin təxminən 3 ay çəkəcəyi bildirilib. Müalicəyə üstünlük verilərsə, gənc futbolçu noyabrın əvvəlində meydana qayıda bilər. Ancaq xatırladılıb ki, 18 yaşlı futbolçu zədə səbəbindən əməliyyat olunsa, meydanlardan uzaq qalma müddəti 5 ay olacaq.

 

Bunun Arda Gülərin yanvara qədər oynaya bilməyəcəyi anlamına gəldiyi vurğulanıb. Buna görə də “Real Madrid”in kvota üçün Ardanın müqaviləsini yanvar ayına qədər dondura biləcəyi irəli sürülüb.