Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində beş Baş İdarənin rəisi sərəncama göndərilib.
Bunlar Çağırış Baş İdarə rəisi general-mayor Çingiz Kiçikbəyov, Kadrlar Baş İdarə rəisi general-mayor Azad Əliyev, Təşkilat Nəzarət Baş İdarə rəisi polkovnik Famil Aslanov, Maddi-Texniki Təminat Baş İdarə rəisi polkovnik Anar Əliyev və Səfərbərlik Baş İdarə rəisi polkovnik Vəli Rzayevdir.