​Məktəb direktorunun intim görüntüləri yayıldı - Əhali ayağa qalxdı - VİDEO

​Məktəb direktorunun intim görüntüləri yayıldı
16:26 01.08.2023
155 Toplum
A- A+
Azərbaycanda daha bir vəzifəli şəxs intim görüntüləri ilə şantaj olunur.
 
Referans.az xəbər verir ki, Ucar rayonu, Şirvan Həsənov adına Alpoud kənd 2 nömrəli tam orta məktəbin direktoru Orxan Rəhimov xüsusi proqram vasitəsilə intim xarakterli davranışlara sövq edilib və həmin görüntülər paylaşılıb.
 
 
Bu hadisə kənd camaatının ciddi narazılığına səbəb olub. Artıq neçə gündür ki, əhali məktəbin önünə gedərək, direktorun işdən uzaqlaşdılımasını tələb edir. Direktor isə kənd sakinlərindən sentyabr ayına kimi möhlət istəyib.
Bildirib ki, işdən çıxarılması üçün artıq ərizə yazıb.
Xatırladaq ki, bir neçə ildir, ayrı-ayrı mütəşəkkil dəstə üzvləri “Facebook” sosial şəbəkəsində yaratdıqları saxta hesablar vasitəsilə müxtəlif Azərbaycan vətəndaşlarına məxsus hesablara videogörüntülü zənglər edərək intim xarakterli davranışlara sövq etməyə yönələn hərəkətlər edib, texniki vasitələrdən istifadə edilməklə xüsusi proqram təminatları ilə zəng edən və zəng qəbul edən tərəflərin qarşılıqlı əks olunduğu ekran pəncərəsinin videoçəkilişini həyata keçirib, “Facebook Messenger” və “WhatsApp” tətbiqləri vasitəsilə həmin vətəndaşlarla əlaqə yaradıb onların və yaxın qohumlarının barəsində rüsvayedici materialları nümayiş etdirib yayma hədəsi ilə külli miqdarda pul vəsaitləri tələb edərək beynəlxalq pul köçürmə sistemləri vasitəsilə çoxsaylı hesablara göndərilməsini təmin ediblər.
 
Bununla bağlı hüquq-mühafizə organları bir neçə dəfə büyük əməliyyatlar keçirərək, həmin dəstə üzvlərini ələ keçiriblər.
 
Amma təəssüf ki, bu cinayətkar qrupun fəaliyyəti davam edir. Vətəndaşlarımızı ehtiyyatlı olmağa çağırırırq./bakupost.az
 
 
 
Kənd sakinlərinin etiraz aksiyasının görüntülərini təqdim edirik: