​"Onlar üçün seçim ən yaxşı və qat-qat yaxşı arasında deyil..."

​
12:13 02.08.2023
270 Siyasət
A- A+
Ermənistan hökumətinə artıq çatdırdığım başqa bir mesaj ondan ibarətdir ki, onlar üçün seçim ən yaxşı və qat-qat yaxşı arasında deyil. Onlar üçün seçim çox pis və qəbulolunan arasındadır.
 
Bu fikirləri Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində söyləyib.
 
Qəbulolunan seçimin sağlam düşüncəyə, beynəlxalq hüquqa və azərbaycanlıların 30 il ərzində məhrum edildikləri öz torpaqlarında yaşamaq hüququnun tanınmasına əsaslandığını bildirən dövlətimizin başçısı qeyd edib: “Qarabağdakı ermənilərə xatırlatmaq istərdim ki, biz onlarla təmaslara dərhal başladıq. Faktiki olaraq biz erməni əhalinin yaşadığı bir neçə kənddən keçən yeni Laçın yolunu tikməyə başlayanda xalqlar arasında təmaslar oldu. Mənə məlumat verildi ki, yolun inşası ilə məşğul olan işçilərlə erməni icması arasında təmaslar qurulub və onlar demək olar dərhal dostlaşıblar”.
 
Prezident İlham Əliyev deyib ki, əvvəllər hər iki tərəfin təhlükəsizliyini təmin edən Rusiya sülhməramlıları getdikdən sonra onlar (işçilərlə erməni icması – red.) asanlıqla ünsiyyət qururdular. Beləliklə, bu, onu göstərir ki, sadə insanların əksəriyyətinin ürəyində bu nifrət yoxdur.