​Bakıda kişi arvadını DÖYDÜ: “Tik-Tok”dan istifadə EDİRMİŞ

​Bakıda kişi arvadını DÖYDÜ:
14:18 02.08.2023
258 Hadisə
A- A+

Bakının Nizami rayonunda 1972-ci il təvəllüdlü Mübariz həyat yoldaşı Südabəyə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Mübariz arvadının “Tik-Tok” sosial şəbəkəsindən istifadə etməsinə etiraz edib. 

Bu səbəbdən aralarında münaqişə baş verib. 

Bu zaman Mübariz əli və ayağı ilə bir neçə dəfə Südabənin bədəninin müxtəlif nahiyələrinə vuraraq oan xəsarətlər yetirib. 

Baş verən hadisə ilə bağlı Südabə hüquq-mühafizə orqanlarına müraciət edib. 
Mübarizin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Bu işə Nizami rayon Məhkəməsində baxılıb. 

Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb, zərərçəkmiş ondan şikayətçi deyil. 

Bu səbəbdən Mübarizin barəsində olan cinayət təqibinə xitam verilib. 

O, cinayət məsuliyyətindən azad edilib. /Demokrat.az