​İlham Əliyev 4 fərman İMZALADI

​İlham Əliyev 4 fərman
15:15 02.08.2023
283 Siyasət
A- A+

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il 4 oktyabr tarixli 288 nömrəli Fərmanında dəyişiklik edilməsi və “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında” 2016-cı il 3 fevral tarixli 760 nömrəli Fərmanının ləğv edilməsi barədə fərman imzalayıb.

 Referans.az fərmanın mətnini təqdim edir:

1. “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 288 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 1988; 2019, № 3, maddə 411) 1-ci və 3-cü hissələri ləğv edilsin.

2. “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 760 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 224; 2019, № 1, maddə 82, № 2, maddə 213) ləğv edilsin.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında” 1997-ci il 24 iyun tarixli 609 nömrəli, “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramının təsdiq edilməsi barədə” 2000-ci il 10 avqust tarixli 383 nömrəli, “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2001-ci il 17 iyul tarixli 533 nömrəli, “Azərbaycan Respublikasında lotereya fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 23 noyabr tarixli 599 nömrəli, “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli, “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” 2007-ci il 6 iyun tarixli 586 nömrəli və “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən dövlət zəmanəti əsasında emissiya ediləcək istiqrazların buraxılması, həcmi, müddəti və ödənilmə şərtləri”nin təsdiq edilməsi haqqında” 2015-ci il 7 avqust tarixli 575 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda dfeyilir:

1. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 175; 2000, № 8 (III kitab), maddə 615; 2001, № 10, maddə 640, № 12, maddələr 754, 755; 2003, № 10, maddələr 546, 568, 571, 585; 2004, № 12, maddə 1005; 2005, № 2, maddə 69, № 3, maddə 170, № 7, maddə 592, № 8, maddə 720, № 12, maddələr 1104, 1112; 2006, № 9, maddə 743; 2007, № 3, maddə 234, № 8, maddə 766; 2008, № 6, maddə 498, № 9, maddə 798, № 11, maddə 969; 2009, № 2, maddə 70, № 4, maddə 226, № 10, maddələr 776, 779; 2010, № 4, maddə 296, № 5, maddə 389; 2013, № 9, maddə 1056; 2014, № 4, maddə 364, № 5, maddə 477, № 7, maddə 805, № 9, maddə 1027; 2016, № 8, maddə 1384, № 11, maddə 1817; 2017, № 2, maddə 177, № 8, maddə 1521; 2018, № 5, maddə 902, № 9, maddə 1840; 2019, № 2, maddə 248, № 5, maddə 852; 2021, №1, maddə 35; 2022, № 8, maddə 860) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 12.3-cü bəndin birinci cümləsində “Maliyyə Bazarlarına Nəzarət Palatası (bundan sonra – Palata)” sözləri “Mərkəzi Bankı (bundan sonra – Mərkəzi Bank)” sözləri ilə, ikinci cümləsində “Palataya” sözü “Mərkəzi Banka” sözləri ilə əvəz edilsin;

1.2. 12.4-cü bənddə “Palata” sözü “Mərkəzi Bank” sözləri ilə, “Palataya” sözü “Mərkəzi Banka” sözləri ilə əvəz edilsin;

1.3. 12.5-ci, 12.6-cı və 15.2-ci bəndlərdə ismin müvafiq hallarında “Palata” sözü ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 606; 2001, № 10, maddə 640; 2002, № 4 (II kitab), maddə 189, № 10, maddə 592; 2003, № 10, maddələr 566, 569; 2004, № 6, maddə 432; 2005, № 5, maddələr 400, 403, 405; 2006, № 7, maddə 590, № 8, maddə 678, № 9, maddə 742; 2007, № 11, maddə 1097, № 12, maddə 1246; 2008, № 7, maddə 613; 2009, № 3, maddə 163, № 10, maddə 788, № 12, maddə 990; 2010, № 6, maddə 498, № 7, maddə 610; 2016, № 2 (II kitab), maddə 233, № 3, maddə 438; 2017, № 7, maddə 1352, № 11, maddə 2032; 2019, № 6, maddə 1036; 2020, № 4, maddə 397; 2021, № 6 (I kitab), maddə 567, № 12, maddə 1351; 2022, № 5, maddə 455, № 12, maddə 1443) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın 5.11-ci bəndində “Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri “Mərkəzi Bankı” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 17 iyul tarixli 533 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 470; 2006, № 7, maddə 590; 2009, № 3, maddə 163; 2010, № 7, maddə 610; 2014, № 5, maddə 477; 2016, № 8, maddə 1384, № 9, maddə 1470; 2022, № 12, maddə 1444; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 2167 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”nın 3.1-ci bəndinin ikinci cümləsində “Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri “Mərkəzi Bankı” sözləri ilə əvəz edilsin.

4. “Azərbaycan Respublikasında lotereya fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 23 noyabr tarixli 599 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 11, maddə 707; 2003, № 10, maddə 585; 2004, № 12, maddə 1004; 2009, № 3, maddə 163; 2014, № 6, maddə 644; 2016, № 7, maddə 1252, № 8, maddə 1384; 2021, № 12, maddə 1422) 7-ci hissəsindən “və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri çıxarılsın.

5. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 9, maddə 798, № 10, maddə 918; 2006, № 5, maddə 408; 2007, № 3, maddə 232, № 8, maddə 765; 2008, № 1, maddə 7, № 8, maddə 719; 2009, № 3, maddə 163; 2013, № 6, maddə 654; 2014, № 2, maddə 112, № 9, maddə 1027, № 10, maddə 1220; 2015, № 7, maddə 829; 2016, № 1, maddə 45, № 6, maddə 1039, № 8, maddə 1375; 2017, № 3, maddə 353, № 8, maddə 1521, № 11, maddə 1996; 2018, № 3, maddə 436, № 9, maddə 1840; 2019, № 7, maddə 1224; 2022, № 5, maddə 471, № 8, maddə 838; 2023, № 2, maddə 245, № 3, maddə 358, № 4, maddə 502) ilə təsdiq edilmiş “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısı”nın 7-ci hissəsinin “Xüsusi icazə verən icra hakimiyyəti orqanı” sütununda “Maliyyə Bazarlarına Nəzarət Palatasının” sözləri “Mərkəzi Bankının” sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 6, maddə 599; 2009, № 3, maddə 163; 2010, № 2, maddə 80, № 7, maddə 610; 2014, № 5, maddə 477; 2016, № 7, maddə 1260, № 8, maddələr 1377, 1384; 2017, № 6, maddə 1080; 2018, № 6, maddə 1200; 2021, № 12, maddə 1351; 2023, № 4, maddə 503) ilə təsdiq edilmiş “Səhmdar cəmiyyətlərində dövlətə məxsus səhmlərin idarəetməyə verilməsi Qaydaları”nın 4.2-ci bəndinin ikinci cümləsində “Maliyyə Bazarlarına Nəzarət Palatasının” sözləri “Mərkəzi Bankının” sözləri ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 7 avqust tarixli 575 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 8, maddə 905; 2016, № 9, maddə 1470) ilə təsdiq edilmiş “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən dövlət zəmanəti əsasında emissiya ediləcək istiqrazların buraxılması, həcmi, müddəti və ödənilmə şərtləri”nin 8-ci hissəsində “Maliyyə Bazarlarına Nəzarət Palatasında” sözləri “Mərkəzi Bankında” sözləri ilə əvəz edilsin.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli, “Azərbaycan Respublikasının Gənclər Fondunun vəsaitindən istifadə, o cümlədən Fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 29 avqust tarixli 253 nömrəli, “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 2018-ci il 19 dekabr tarixli 413 nömrəli, “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin vəsaitindən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 14 iyun tarixli 742 nömrəli, “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”nın təsdiq edilməsi və “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli 224 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2020-ci il 4 iyun tarixli 1052 nömrəli və “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində zəruri dövlət dəstəyinin gücləndirilməsi və “Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 410 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2023-cü il 9 yanvar tarixli 1957 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2030, № 12 (I kitab), maddə 2330; 2018, № 5, maddə 901, № 10, maddə 1991, № 12 (I kitab), maddə 2592; 2019, № 5, maddə 857, № 12, maddə 1923; 2020, № 5, maddə 541; 2021, № 9, maddə 986; 2022, № 8, maddə 892; 2023, № 1, maddə 90) ilə təsdiq edilmiş “Sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi Qaydası”nın 6.2-ci, 6.3-cü və 10.4-cü bəndləri ləğv edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 avqust tarixli 253 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 8, maddə 1703; 2020, № 4, maddə 397, № 12 (I kitab), maddə 1483; 2023, № 3, maddə 347; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 2169 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər Fondunun vəsaitindən istifadə, o cümlədən Fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 3.2-ci bənddə “Maliyyə Bazarlarına Nəzarət Palatasının (bundan sonra – Nəzarət Palatası)” sözləri “Mərkəzi Bankının (bundan sonra – Mərkəzi Bank)” sözləri ilə əvəz edilsin;

2.2. 3.6-cı bənd ləğv edilsin;

2.3. 5.3-cü və 5.4-cü (hər iki halda) bəndlərdə ismin müvafiq hallarında “Nəzarət Palatası” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2570; 2020, № 4, maddə 402; 2022, № 2, maddə 95, № 8, maddə 846) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nın 1.7-ci bəndi ləğv edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 iyun tarixli 742 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 6, maddə 1034) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin vəsaitindən istifadə Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

4.1. 4.2-ci bənddə “Maliyyə Bazarlarına Nəzarət Palatasının” sözləri “Mərkəzi Bankının” sözləri ilə əvəz edilsin;

4.2. 4.3-cü və 4.4-cü bəndlər ləğv edilsin;

4.3. 4.20-ci bəndin birinci və ikinci cümlələrində ismin müvafiq hallarında “Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 4 iyun tarixli 1052 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 6, maddə 694) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”nın 1.5-ci və 1.6-cı bəndləri ləğv edilsin.

6. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 9 yanvar tarixli 1957 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 1, maddə 45) ilə təsdiq edilmiş “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası”nın 5.3-cü bəndi ləğv edilsin.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 22 fevral tarixli 1255 nömrəli, “Ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 3 may tarixli 1360 nömrəli, “Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi Qaydası”nın və “www.azexport.az” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2017-ci il 12 sentyabr tarixli 1598 nömrəli, “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2019-cu il 29 yanvar tarixli 500 nömrəli, “Xüsusi rabitə ilə bağlı bəzi məsələlər haqqında” 2019-cu il 11 aprel tarixli 622 nömrəli və “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2019-cu il 16 oktyabr tarixli 842 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

1. “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 fevral tarixli 1255 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 199; 2018, № 6, maddə 1236; 2021, № 1, maddə 43; 2022, № 12, maddə 1442; 2023, № 2, maddə 245) 7-ci hissəsində “Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri “Mərkəzi Bankı” sözləri ilə əvəz edilsin.

2. “Ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1360 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 764) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 3-cü hissədə “Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri “Mərkəzi Bankı” sözləri ilə əvəz edilsin;

2.2. həmin Fərmanla təsdiq edilmiş “Ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi Qaydası”nın 2.1-ci, 3.1-ci və 3.2-ci bəndlərində ismin müvafiq hallarında “Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bankı” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1598 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 9, maddə 1645; 2019, № 6, maddə 1031; 2021, № 1, maddə 44; 2022, № 5, maddə 467, № 8, maddə 856; 2023, № 2, maddə 245) ilə təsdiq edilmiş “www.azexport.az” internet portalı haqqında Əsasnamə”nin 4.2.11-ci yarımbəndində “Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri “Mərkəzi Bankı” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 yanvar tarixli 500 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 1, maddə 90, № 11, maddə 1719; 2020, № 8, maddə 1039, № 12 (I kitab), maddə 1479; 2021, № 3, maddə 225, № 5, maddə 452, № 6 (I kitab), maddə 572, № 9, maddə 989, № 10, maddə 1103; 2022, № 5, maddə 462, № 6, maddə 599, № 12, maddə 1438) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın “7. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı” hissəsində aşağıdakı dəyişikliklər edilsin:

4.1. 7.1.44-cü yarımbəndin “İcraçılar” sütununda “Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

4.2. 7.1.45-ci yarımbəndin “İcraçılar” sütunundan “Maliyyə Bazarlarına Nəzarət Palatası,” sözləri çıxarılsın.

5. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 aprel tarixli 622 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 622; 2020, № 1, maddə 12, № 4, maddə 424, № 6, maddə 708; 2021, № 2, maddə 119, № 5, maddə 452, № 6 (I kitab), maddə 574; 2022, № 2, maddə 116, № 4, maddə 305, № 8, maddə 848, № 12, maddə 1436; 2023, № 3, maddə 374, № 4, maddə 479) ilə təsdiq edilmiş Əlavə 1 – “Hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı”nın 29.6-cı bəndi ləğv edilsin.

6. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 oktyabr tarixli 842 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 10, maddə 1587; 2022, № 12, maddə 1425) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi haqqında Əsasnamə”nin 4.0.17-ci yarımbəndində “Maliyyə Bazarlarına Nəzarət Palatasına” sözləri “Mərkəzi Bankına” sözləri ilə əvəz edilsin.