​Bakıda Çin vətəndaşı şirkətdə faciəli şəkildə öldü

​Bakıda Çin vətəndaşı şirkətdə
16:07 02.08.2023
276 Hadisə
A- A+

Bakıda Çin vətəndaşı bədbəxt hadisə nəticəsində ölüb.

Qaradağ rayon prokurorluğundan  verilən məlumata görə, avqustun 1-də, saat 08 radələrində özəl şirkətlərdən birində quraşdırıcı işləyən Çin Xalq Respublikasının vətəndaşı, 1974-cü il təvəllüdlü Ren Zhanmının ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Ren Zhanmın onunla eyni şirkətdə operator-sürücü vəzifəsində işləyən Vüqar Cəfərovla birgə Qobustan qəsəbəsində yolda olan maneəni qaldırmaq istəyərkən teleskopik yükləyicinin hissələri arasında qalmış və aldığı xəsarətlərdən ölmüşdür.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.