​İrəvan hərəkətə keçdi: Rusiyadakı səfiri təcili dəyişəcəklər

​İrəvan hərəkətə keçdi:
10:56 03.08.2023
234 Dünya
A- A+

Ermənistan Rusiyadakı səfirini dəyişə bilər.

Bu barədə “Hraparak” qəzeti yazır.

“Görünür, Ermənistan-Rusiya münasibətlərinin yenidən başlamasına ehtiyac var və bunu dərk edən tərəflər müəyyən addımlar atmaq qərarına gəliblər. Bunlardan birincisi səfirlərin dəyişdirilməsidir. Üstəlik, Rusiya tərəfinin Ermənistan səfirindən o qədər narazılığı var ki, bu, prioritet məsələ kimi həll olunacaq. Vaqarşak Arutyunyanın əvəzlənməsi məsələsi uzun müddətdir ki, müzakirə olunurdu, lakin səfirliyə namizədlərin tapılması problemi var idi. Nikol Paşinyanın etimadını qazanacaq və Rusiya hakimiyyəti tərəfindən məqbul sayılacaq namizəd”, - qəzet yazıb.

Nəşrin əldə etdiyi məlumata görə, bir sıra namizədlər müzakirə olunub: “Ermənistan tərəfi deyəsən, deputat Qurgen Arsenyanın üzərində dayanıb. Əldə etdiyimiz məlumata görə, Rusiya səfirliyinə namizəd Rusiya Xarici İşlər Nazirliyinin yüksək rütbəli məmurudur ki, bu da Rusiyanın Ermənistanla əməkdaşlığın vacibliyini anladığını göstərir”./News24.az