​Qızmar hava orqanlara belə təsir edir - Ehtiyatlı olun, Əzrayıl qapıda

​Qızmar hava orqanlara belə təsir edir
12:34 03.08.2023
263 Dünya
A- A+

Güclü istilər təbii ki, insan sağlamlığına zərərlidir. Qızmar hava xüsusilə ürək-damar sistemimi üçün təhlükəlidir.

Bu sözləri Seçenov Universitetinin Fərdi Kardiologiya İnstitutunun direktoru, professor, tibb elmləri doktoru Filip Kopılov deyib.

"Eyni zamanda vaxtından əvvəl ölümə səbəb olan xəstəliklər arasında birinci yeri məhz qan dövranı sistemi xəstəlikləri tutur. Bundan əlavə, istidən bədən daha tez su itirir, buna görə də qan daha yapışqan olur, İstinin yaratdığı stress həm də qan təzyiqini artırır. Qan laxtalanmasına meylli insanlar, siqaret çəkənlər, kök insanlar, aterosklerozu olan, əsasən oturaq həyat tərzi keçirənlər və diabet xəstələri xüsusi risk qrupuna daxildir. Bu, istidə tromboz ehtimalının daha yüksək olması ilə əlaqədardır", - professor kp.ru-ya müsahibəsində belə izah edib./publika.az