İntim görüntüləri ilə şantaj olunduğunu deyən Ucar rayonu, Alpoud kənd Şirvan Həsənov adına 2 nömrəli tam orta məktəbin direktoru Orxan Rəhimovla bağlı yeni məlumatlar üzə çıxıb.
Bu barədə Baku Tv-nin mikrofonuna şikayətçlilər danışıb.
Şikayətçi bildirib ki, direktor əvvəlcə boynuna almır və montaj olduğunu deyirmiş.
Daha bir şikayətçinin sözlərinə görə, direktor suallara qarşılıq bildirib ki, onun şəxsi işidir, heç kim qarışa bilməz:
"Ona görə kənd camaatı olaraq, ayağa qalxdıq, çəkilişlə məktəbə getdik".
Orxan Rəhimov bildirib ki, səhvini başa düşüb və sentyabr ayında öz ərizəsi ilə məktəbdən ayrılacaq.
Məktəbin təsərrüfat müdürü Nəriman Həsənov deyir ki, hadisə 1-2 əvvəl, direktor seçiləndən sonra olub:
"Bu iş üzə çıxmağa başladı. Direktor müəllimləri, kollektivi yığdı dedi, mənim haqqımda belə bir şayiə gəzir. Məni şantaj edib pul tələb edirlər. O mən deyiləm, görüntülərdə mənim şəklimdən istifadə edirlər."
Mərkəzi Aran Regional Təhsil İdarəsinin əməkdaşı Rüstəm Aslanov bildirib ki, Orxan Rəhimovla bağlı qeyri-etik videgörüntülər bağlı araşdırma aparılıb və o vəzifəsindən azad edilib.
Daha ətraflı süjetdə: