8 yaşlı uşaq həkim səhvinin qurbanı olub.
Sünnət olan uşağın, həkim səhvinin qurbanı olduğu iddia edilir.
Uşağın aldığı travmalar ağrı acılar kiçik ciyinlərində böyük yük olub.
Valideynlərinin sözlərinə görə 1 il öncə cərrah Fuad Nəzərov tərəfindən uşaq sünnət edilib.
“Əməliyyat edilən gündən azyaşlının vəziyyəti pisləşib.”
“Xəzər Xəbər” məsələdə adı hallanan Fuad Nəzərovla da telefon əlaqəsi saxlayıb, ancaq həkim danışmaq istəmədiyini bildirib.
Məsələ ilə bağlı TƏBİB-dən isə bildirilib ki, qurumun nəzdində müvafiq tibbi komissiyalar yaradılıb. Tibbi və məhkəmə ekspertizaları nəticəsində həkim səhvi, tibbi səhv sübuta yetirilərsə müvafiq qanunvericiliyə uyğun olaraq məsuliyyət təyin olunur. Ailə həkim səhvinə görə Fuad Nəzərov barəsində hüquq mühafizə orqanlarına da şikayət edib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: