Elm və Təhsil Nazirliyi məktəbli formaları ilə bağlı valideynlərə müraciət edib.
Nazirliyin şöbə müdirinin müavini Orxan Abbasov bildirib ki, Nazirlər Kabinetinin qərarına əsasən, 2023-2024-cü tədris ilində ölkə üzrə məktəblərdə vahid forma tətbiq ediləcək. Həmin qərarda təhsil müəssisələri tərəfindən 4 cür geyim formasından birinin seçilməsi nəzərdə tutulur:
Orxan Abbasov forma seçimi ilə bağlı son vəziyyəti də açıqlayıb.
Nazirlik rəsmisi əlavə edib ki, forma seçimindən imtina etmiş məktəb yoxdur. Orxan Abbasovun sözlərinə görə, hansısa təhsil müəssisəsi formadan imtina edə bilər. Yəni bu məsələdə məcburiyyət olmayacaq.
Məktəbli formalarını şəhər və rayonlarda fəaliyyət göstərən satış məntəqələrindən əvvəlcədən əldə etmək tövsiyə olunur.
Referans.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: