​XİN: Azərbaycanın fəaliyyəti BMT Nizamnaməsinə əsaslanır

​XİN:
11:07 04.08.2023
123 Siyasət
A- A+
“44 günlük müharibə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinin və kütləvi etnik təmizləmə aparmasının nəticəsində yaranan azadlıq müharibəsi idi”.
 
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyanın səsləndirdiyi fikirlərə cavab olaraq Tvitterdə yazıb.
 
O bildirib ki, Ermənistan 28 il ərzində danışıqlardan imtina edib, bütün sülh təkliflərini rədd edib, “Qarabağ Ermənistandır” deyə iddia edib və Azərbaycanı “yeni ərazilər uğrunda yeni müharibə” ilə hədələyib.
 
“Azərbaycanın fəaliyyəti həmişə daxili qanunlara, o cümlədən BMT Nizamnaməsinə və Helsinki Yekun Aktına əsaslanır”, - XİN sözçüsü əlavə edib.