Rusiyanın taxıl sazişindən çıxmasından və Qara dənizdən keçən əsas ixrac yolunu bağladıqdan sonra Ukraynanın iri kənd təsərrüfatı şirkətləri qış məhsullarını azaldır.
Bu barədə “Bloomberg” ukraynalı fermerlərə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, Ukraynanın kənd təsərrüfatı şirkətlərinin taxıl saxlama imkanları məhduddur, çünki builki məhsul yığılmaqda davam edir və Dunayda alternativ daşıma dəhlizinin gücü çatışmır. Bundan əlavə, Rusiya pilotsuz təyyarələri taxıl saxlamaq mümkün olan çay limanlarına hücum edir.
“Ukrainian HarvEast” şirkəti bildirib ki, ən az məhsuldar sahələrin 10%-dən 15%-ə qədərinin əkinçilikdən çəkilib.
\"Kənd təsərrüfatı məhsullarının hazırkı qiymətləri ilə, Ukrayna fermerlərinin maddi-texniki təminatı ilə bağlı problemləri nəzərə alsaq və məhsuldar olmayan torpaqlardan əldə etdiyimiz məhsulun miqdarına baxsaq, ondan pul qazanmaq mümkün olmayacaq\", - şirkətin baş direktoru Dmitri Skornyakov deyib.
Bloomberg qeyd edir ki, yaxın bir neçə həftə ərzində buğda, arpa və kolza yetişdirilməsi ilə bağlı qərarlar 2024-cü ilin məhsuluna təsir edəcək. Bu, Ukraynanın gəlirlərinə və qlobal ərzaq təchizatına mənfi təsir göstərəcək. Ukraynalı fermerlərin fikrincə, indi taxılın qiyməti maya dəyərindən aşağıdır və bu, satışı mümkünsüz edir. Məhsulu saxlamağa yer olmadığından tarlalarda saxlanılır./
News24.az