“Neftçi”nin oyunlarını keçirdiyi “8-ci km stadionu”nun adı dəyişib.
Stadion bundan sonra “Neftçi Arena” adlanacaq.
Bu barədə klubun prezidenti Fərrux Mahmudov məlumat verib.
O bildirib ki, UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində keçiriləcək ev oyunuda bu arenada baş tutacaq: “Azarkeşlərin istəyini nəzərə alaraq “Neftçi” – “Beşiktaş” oyunu doğma stadionumuzda keçiriləcək”.
Qeyd edək ki, “Neftçi” – “Beşiktaş” matçı avqustun 10-u saat 20:00-da başlayacaq.