Çin Kiberməkan İdarəsi (CAC) 18 yaşından kiçik olanlar üçün mobil internet proqramlarına girişi məhdudlaşdıran yeni təlimatlar açıqlayıb.
Buna uyğun olaraq, uşaqlar saat 10.00-18.00 arasında “uşaqların fiziki və zehni inkişafına dəstək verən proqramlar” istisna olmaqla, əksər mobil internet xidmətlərindən istifadə edə bilməyəcəklər. Bundan əlavə, 16-17 yaşlı uşaqlar gündə 2 saat, 8-15 yaşlı uşaqlar gündə 1 saat, 8 yaşa qədər uşaqlar isə gündə 40 dəqiqə internetə qoşulmuş proqramlardan istifadə edə biləcəklər.
Tənzimləmə onlayn oyun, video və digər məzmun xidmətləri göstərən Tencent, Douyin, Bilibili və Kuaishou kimi internet platformalarına təsir edəcək.
Təlimatlar internet platformalarından qaydalara uyğun olaraq texniki tənzimləmələr etməyi tələb edir. Şirkətlər uşaq istifadəçilərin vaxt və məzmun məhdudiyyətlərinə əməl etmələri üçün məzmun və modullarını təşkil edir.
CAC sentyabrın 2-dək yeni qaydalarla bağlı ictimai rəy alacaqlarını bildirsə də, qüvvəyə minmə tarixi ilə bağlı məlumat verməyib.
Qeyd edək ki, Çində 2021-ci ildə edilən tənzimləmə ilə uşaqların onlayn oyun vaxtı cümə, həftə sonları və bayram günlərində gündə bir saatla məhdudlaşdırılıb. /referans.az