Xəbər verdiyimiz kimi, Sosial şəbəkələrdə Qubad İbadoğlunun işi ilə əlaqədar Fazil Qasımovun Türkiyədə saxlanılaraq Azərbaycana gətirilməsi və həbsi ilə bağlı məlumatlar yayılıb.
Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidməti faktı təsdiqləyib. Məlumata görə, cinayət işi ilə əlaqədar axtarışda olan F.Qasımov ölkəyə gətirilərək DİN əməkdaşları tərəfindən saxlanıb və istintaqa təhvil verilib.
Musavat.com bildirir ki, İstanbul şəhərində yaşayan Fazil Qasımov Türkiyənin Özyeğin və Hollandiyanın Tilburq Universitetində Beynəlxalq Biznes İdarəçiliyi ixtisası üzrə təhsil alıb. Daha sonra təhsilini Türkiyənin İstanbul Universitetində doktorantura pilləsi üzrə davam etdirib. Hüquq və iqtisadiyyat üzrə fəlsəfə doktorudur.
Sulh.info.az xəbər verir ki, musavat.com Qubad İbadoğlunun işi ilə əlaqədar saxlanan Fazil Qasımovun fotolarını təqdim edir: