Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə yaxın vaxtlarda istefaya göndəriləcəyi ilə bağlı mətbuatda iddialar səsləndirilib. Qeyd edilib ki, qərar sentyabrın ilk ongünlüyündə elan olunacaq. M.Abbaszadəni isə hazırki elm və təhsil naziri Emin Əmrullayevin əvəz edəcəyi deyilir. DİM sədrinin istefaya göndərilməsinin səbəbi kimi isə bu il keçirilən buraxılış və birinci blok imtahanlarından sonra şikayətlərin kütləvi xarakter alması göstərilir.
İddialarla bağlı DİM ilə əlaqə saxladıq. Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə bildirdi ki, iddialardan xəbərsizdirlər:
"Bizdə hansısa məlumat yoxdur. Bu məsələlər Azərbaycan Respublikası Prezidentinin səlahiyyət dairəsinə aiddir"./News24.az