​Həkimdən həyacan siqnalı: "Dəhşətli istilər olacaq, bunlara əməl etməlisiniz”

​Həkimdən həyacan siqnalı:
12:12 08.08.2023
157 Sosial
A- A+

 

"Bu isti havalarda çoxlu maye qəbul edin”.

 

Referans.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında həkim Namiq Nəbiyev həftə ərzində hava temperaturunun kəskin artmasından danışarkən deyib. Həkim isti hava şəraitində imkan daxilində evdən çıxmamağı tövsiyyə edib: 

 

"Ayın 8-dən 12-ə kimi hava temperaturu olduqca  yüksələcək. Bu baxımdan, kölgəli məkanlarda olmaq tövsiyyə edlir. Mümkin qədər açıq havaya çıxmamaq lazımdır. Evdən çıxarkən insanlar günəş əleyhinə qoruyucu vasitələrdən istifadə etsinlər, başlarını günəş şüasından qorusunlar. Tövsiyyə olunur ki, çoxlu maye qəbul etsinlər”. 

 

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatlna görə, bu gündən etibarən ölkə ərazisində 42 dərəcə isti olacaq.