Azərbaycanda bu il dərslərin sentyabrın 1-i başlaması ilə bağlı fikirlər səsləndirilir. Hətta iddia edilir ki, bəzi məktəb direktorları bununla bağlı müəllimlərə məlumat verib.
Bəs, sosial şəbəkələrdə yayılan bu məlumatlar nə dərəcədə doğrudur?
Sulh.info.az xəbər verir ki, AZXEBER.COM mövzu ilə Elm və Təhsil Nazirliyi ilə əlaqə saxlayıb.
Nazirliyin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Cəsarət Valehov AZXEBER.COM-a açıqlama verib.
Qurum rəsmisi bu məlumatın doğru olmadığını deyib:
"Tamamilə yanlış məlumatdır. Bu il dərslər 15 sentyabr tarixində başlayacaq”.