​Azərbaycanda anormal istilər hələ davam edəcək…

​Azərbaycanda anormal
16:20 08.08.2023
160 Toplum
A- A+

Normadan artıq isti hava şəraiti həftəsonunadək davam edəcək.

Bunu Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Referans.az-a verdiyi məlumatda qeyd edib.

“Həftəsonunadək cənubdan hərəkət edən isti hava kütlələrinin ölkə ərazisinə daxil olması nəticəsində havanın maksimal temperaturu Abşeron yarımadasında 35-40, bölgələrdə 36-41, Naxçıvan Muxtar Respublikasında və mərkəzi Aran rayonlarının bəzi yerlərində 42-44, dağlıq rayonlarda isə 28- 33 dərəcəyədək isti olacağı gözlənilir. Durğun və rütubətli hava şəraiti günün bəzi saatlarında bürkü yarada bilər. Bu əhali üçün əlverişsizdir. İsti hava şəraitində əhalinin bol-bol maye qəbul etməsi məsləhət görülür. Uzun müddət açıq  havada, Günəş şüaları altında qalmaq tövsiyə olunmur. Əksər rayonlarda yağmursuz hava şəraiti gözlənilsə  də, lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Zəif cənub-şərq küləyi əsəcək”.