Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev bu gün 75 yaşı tamam olmuş Xalq artisti Rasim Balayevlə bağlı paylaşım edib.
Nəsimi Ağayev Xalq artistini aktyor kimi daha çox məşhurlaşdıran “Babək” filminin 1981-ci ildə Berlində alman dilinə dublyaj edilməsi məsələsinə diqqət çəkib.
“Azərbaycanın məşhur aktyoru Rasim Balayev Azərbaycanın “İstiqlal” ordeni ilə təltif edilib. Balayev 1981-ci ildə Berlində mükəmməl şəkildə alman dilinə dublyaj edilən “Babək” filmindəki rolu ilə də tanınıb”, - səfir qeyd edib.