“Uşaqlar, mən bayaqdan bunu görürəm ki, ağcaqanadlar sizi yeyir.. Bir söz deyim. Bir ay ərzində həyəti 4 dəfə dərmanlatdırırıq. Gələn adamların da çoxu deyir ki “Ağacları sulamayın”. Biz ağacları da sulamamışıq”.
Bu sözləri Xalq artisti Röya Ayxan deyib.
Hazırda bağ evində istirahət edən sənətçi həyətindəki ağcaqanadların çoxluğundan şikayətlənib. Sənətçi bu səbəbdən qonşularına müraciət də edib:
“Bütün qonşularımdan xahiş edirəm, gəlin hamımız həyəti bir yerdə dərmanladaq. Sizin həyətdəki ağcaqanad siz yemir? Mənin əzizlərim, sizi ağcaqanad yemir? Necə olur ki, təkcə bizi yeyir?”.