​Bakıda arvad ərindən gizli GÖRÜN NƏ ETDİ: 1 milyon 500 min manat...

​Bakıda arvad ərindən gizli GÖRÜN NƏ ETDİ:
12:40 09.08.2023
123 Hadisə
A- A+

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Adilə Qədirovanın işi üzrə məhkəmə prosesi başlayıb. 

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin həyat yoldaşı Ramil Qədirov şahid qismində ifadə verib. O  bildirib ki, həyat yoldaşının dələduzluğundan xəbəri olmayıb: "Bizim aramızda narazılıq olmuşdu, ona görə də  ayrı yaşayırdıq. Onun evə pul gətirməyindən xəbərim olmayıb. Mən fəhlə işləyirəm. Heç bir xəbərim olmayıb. Adilə saxlanılan dan sonra bilmişəm ki, vətəndaşlara qarşı dələduzluq edib".

Məhkəmədə məlum olub ki, şahidin ibtidai istintaqa verdiyi ifadə ilə məhkəmə ifadəsi arasında ziddiyyət var. Şahid ibtidai istintaqa ifadəsində bildirib ki, həyat yoldaşı bir neçə nəfərə qarşı dələduzluq edib və bundan xəbərdar olub. 

R. Qədirov bildirib ki, o ibtidai istintaqa ifadə verməyib, Müstəntiq ona yalnız sənədə imza atdırıb. 

Proses avqustun 22-də davam etdiriləcək. 

İttihama görə, Bakı şəhər sakini Adilə Qədirova ev alqı-satqısı ilə məşğul olarkən vətəndaşlara məxsus mənzilləri sataraq pulunu mənimsəyib, qızıl-zinət əşyaları satmaq adı ilə isə bir neçə nəfərdən külli miqdarda pul alıb. 

A. Qədirova vətəndaşlara ümumilikdə 1 milyon 500 min manat dələduzluq edib./News24.az