Xalq artisti Mələkxanım Eyyubovanın gəlini Səadətin vəziyyəti yenidən ağırlaşıb.
Sulh.info.az Bizim.media-ya istinadla xəbər verir ki, sənətçinın oğlu Cəfər xəstəxanada çəkiliş aparıb.
Səadət yayımladığı kadrlara "Müayinə üçün getmişdik. Dedilər, bir az yorulmusan, yat, mən də yatdım" şərhi ilə videonu paylaşıb.
Sözügedən videonu öz səhifəsində "repost" edən Cəfər "Yenə başladın bizi qorxutmağa" şərhini yazıb.
Mələkxanım Eyyubova paylaşımdan bixəbər olduğunu və oğlu Cəfərlə əlaqə saxlayacağını deyib, dəstəyi asıb. Daha sonra Xalq artisti növbəti telefon zənglərini cavabsız qoyub.
Qeyd edək ki, aprel ayında Mələkxanımın gəlini Səadətin səhhəti gözlənilmədən ağırlaşıb. Böyrək çatışmazlığından əziyyət çəkən gəlin bir müddət xəstəxanada qalaraq müalicə olunub.