​Konfrans Liqası: "Sabah" "Partizan"ı, "Neftçi" "Beşiktaş"ı qəbul edəcək

​Konfrans Liqası:
09:10 10.08.2023
134 İdman
A- A+

Bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunları keçiriləcək.

 

Sulh.info.az Trend-ə istinadən bildirir ki, Azərbaycanın iki klubu - "Neftçi" və "Sabah" öz meydanlarında rəqiblərini qəbul edəcəklər.

 

"Sabah" Serbiyanın "Partizan" klubu ilə qarşılaşacaq. "Bank Respublika Arena"da keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Matçın baş hakimi gürcüstanlı FIFA referisi Giorgi Kruaşvili olacaq.

 

"Neftçi" isə "Neftçi Arena"da Türkiyənin "Beşiktaş" klubu ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Qarşılaşmanı isveçrəli baş hakim Lukas Fandrix idarə edəcək.