​Sentyabrdan bu məhsullar bahalaşacaq, ilin sonuna qədər isə...

​Sentyabrdan bu məhsullar bahalaşacaq,
11:31 10.08.2023
A- A+

Rusiyada çay və qəhvənin qiymətləri sentyabr ayından etibarən qaldırılacaq.

 Rusiyada iri çay və qəhvə istehsalçılarının sentyabr ayından etibarən pərakəndə satış qiymətlərini 6-9% artıracağı gözlənilir. Buna səbəb kimi ölkədə vəziyyətin çətinləşməsi göstərilir.

Şirniyyat fabriklərinin məhsullarının maya dəyəri isə 15% artacaq. Ərzaq bazarının bu seqmentləri ən çox xammal idxalından asılıdır və bu qərar rublun devalvasiyası ilə yanaşı, kakao paxlası və çayın məhsuldarlığının azalması ilə əlaqələndirilir.

Ekspertlərin fikrincə, pərakəndə satıcılar promosyonların payını artırmaq üçün istehsalçılarla danışıqlar aparmalı olacaqlar.

Məlumata görə, bu ilin qışına qədər isə Rusiyada sözügedən məhsulların qiymətlərində 20% artım müşahidə olunacaq./Publika.az/