​Zaur Kamal "Xəzər TV"yə gedəcəyi ilə bağlı iddialara cavab verdi - VİDEO

​Zaur Kamal
11:38 10.08.2023
151 Toplum
A- A+

Xəbər verdiyimiz kimi, "Xəzər TV"nin bir sıra tanınmış aparıcıları transfer etmək istədiyi ilə bağlı məlumatlar yayılıb. İddia olunur ki, telekanal rəhbərliyinin danışıqlar aparıdığı aparıcılardan biri Zaur Kamaldır.

 

Məlumata görə, Murad Dadaşov restoranlardan birində onunla görüşüb. Onların qapalı məkanda nə danışdıqları məlum deyil. Digər məlumatlara görə, "Xəzər TV" həmçinin Xoşqədəm Hidayətqızı və Zümrüd Bədəlovanı da qaytarmağa cəhd göstərir.

 

Ötən gün ARB telekanalından Qaynarinfo-ya bildirilib ki, adları hallanan əməkdaşlar hazırda iş başındadırlar:

 

"ARB televiziyası olaraq bəyan edirik ki, son günlər yazılı mətbuatda əməkdaşlarımızın bəzilərinin başqa kanallara transfer olunacağı ilə bağlı yayılan xəbərlərdən məlumatlıyıq. Adları hallanan əməkdaşlarımız iş başındadırlar və yeni mövsümə yeniliklərlə qayıdacaqlar. Təzə layihələrlə bağlı tamaşaçılarımızı sevindirəcək transferlərlə də danışıqlar aparırıq. ARB telekanalı yeni fəsildə izləyicilərinin qarşısına fərqli gecə şousu, yeni seriallar və maraqlı layihələrlə çıxacaq”.

 

Bu arada Zaur Kamal barəsində yayılan iddialara münasibət bildirib. Zaur Kamal aparıcısı olduğu verilişdə deyib ki, ARB-də fəaliyyətini davam etdirir və kanalı tərk etmək fikri yoxdur:

 

"Mən burda özümü çox rahat hiss edirəm. ARB telekanalının rəhbərliyinə, Rəşad müəllimə təşəkkürümü bildirirəm ki, ilk dəfə tanış olanda dedi sənin üçün hər bir şəraiti yaradacam. Təki sən burda özünü sərbəst hiss et. Bu diqqətə görə minnətdaram. Elə bir şey ola bilməz. Mən işlədiyim yerə xəyanət etmərəm".