Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun OMikron ştamının yeni subvariantı olan EG.5.1 ilə xəstəliklərin sayının sürətlə artması barədə xəbərdarlıq edib.
Bu barədə qurumun hesabatında deyilir.
Viroloqların fikrincə, bu ştamm bəzi ölkələrdə və hətta dünyada dominant ştama çevirə bilər. Bununla belə, ÜST-nin qeyd etdiyi kimi, EG.5.1 xəstəliyin şiddətinin dəyişməsi ilə xarakterizə olunmur.
“Mövcud məlumatlara əsasən, qlobal səviyyədə EG.5-in ictimai sağlamlıq üçün riski aşağı səviyyədə qiymətləndirilir”, - nəşr olunan sənəddə deyilir./News24.az