"Proqress” İstehsal Kooperativinin rəhbəri vergi borcu görə ölkəni tərk edə bilməz.
Kooperativin 15 924, 85 AZN vergi borcu var.
Şirkət borcu ödmədiyinə görə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xüsusi icraat qaydasında məhkəməyə ərizə ilə müraciət edib. İdarə ərizəsində şirkət rəhbərinin ölkədən çıxışının məhdudlaşdırılmasını istəyib.
İşə Bakı Kommersiya Məhkəməsində hakim Zaur Pirverdiyevin sədrliyi ilə baxılıb. Hakim idarənin ərizəsini təmin edib.
"Proqress” İstehsal Kooperativi 23 iyun 2004-cü ildə qeydiyyata alınıb. Şirkətin qanuni təmsilçisi Mahmudov Ramin Şubay oğludur. Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi barədə heç bir məlumat yoxdur. /Qaynarinfo