​Koronavirus yenidən gündəmdə - KİMLƏR RİSK ALTINDADIR?

​Koronavirus yenidən gündəmdə
09:00 11.08.2023
115 Sosial
A- A+

 

Koronavirusun yeni versiyası - EG.5 "eris" ilk növbədə immuniteti zəif olan insanlar, o cümlədən yaşlılar üçün təhlükəlidir.

 

Bu sözləri Lenta.ru-ya müsahibəsində Dövlət Təhsil Universitetinin Tibb fakültəsinin Fundamental tibb fənləri kafedrasının müəllimi Aleksandr Umnov deyib.

 

"İmmuniteti zəif olanlar. orqan köçürülmüş xəstələr, HİV infeksiyası, bəzi yaşlı insanlar xüsusilə risk altındadır. Bununla belə, kovid təhlükəli və gözlənilməz infeksiyadır, odur ki, güclü və sağlam gənc insanlara da pis təsir edə bilər. Çünki orqanizmə daxil olduqdan sonra bəzi patoloji prosesləri tətikləyir", - həkim bildirib.

 

Ekspert xatırladıb ki, virusların inkişafı ilə mutasiyalar əvvəlcə yoluxuculuğun və ölüm riskinin artmasına, sonra isə yalnız yoluxuculuğun artmasına gətirib çıxarır, ölüm ehtimalı isə azalır. Umnov hesab edir ki, yeni ştammlar soyuqdəymədən bir qədər güclü olacaq.

 

Məlumat üçün bildirək ki, dünyada “eris”in aşkarlanması tezliyi artır. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb. Koronavirusun bu növü əvvəlki "Arcturus" və "Kraken" variantlarından daha yüksək yayılma effektivliyinə malikdir. İndiyə qədər "eris" Çində, ABŞ-da, Böyük Britaniyada, eləcə də Avropa və Asiyanın bəzi ölkələrində rast gəlinir.(publika.az)