Milli Hidrometeorologiya Xidmətinə istinadən ötən gün xəbər vermişdik ki, avqustun 11-də Abşeron yarımadasında isti diskomfort və bürkülü hava şəraiti gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.
Belə durumlarda açıq havada çox olmaq təhlükəlidir. Bu gün daha çox maye qəbul etmək və fiziki işlə daha az məşğul olmaq lazımdır.
Referans.az xəbər verir ki, məsələ ilə bağlı Bizim.Media-ya danışan həkim Rasif Bağırov bu gün bəzi insanların səhhətlərinə qarşı çox diqqətli olmalarını vacib hesab edir:
Bakıda temperatur iqlim normasından 5 dərəcə yuxarı olub - FAKTİKİ HAVA
“Belə günlərdə müəyyən xroniki xəstəlik keçirmiş cavan adamlarda baş ağrıları müşahidə olunur. Belə hava əsasən 50 yaşdan yuxarı insanların səhhətinə mənfi təsir göstərir.
Məsələn, qanında müəyyən yağların miqdarı yüksək olan, qanında qatılıq olan, bir sözlə qan təzyiqindən əziyyət çəkən insanlara belə hava pis təsir edir. Bu da özünü baş ağrıları, halsızlıq kimi simptomlarla göstərə bilər. Belə hava hətta hipertoniyadan ciddi əziyyət çəkən insanların ölümünə belə səbəb ola bilər. Ona görə də, bu gün 50 yaşından yuxarı və qan təzyiqindən əziyyət çəkən insanlar bir qədər diqqətli olmalıdırlar”.