​Azərbaycanda 4 günlük körpə ÖLDÜ

​Azərbaycanda 4 günlük körpə
10:10 14.08.2023
100 Hadisə
A- A+

 

Tovuzda xəstəxanada 4 günlük körpə ölüb.

 

Ağstafa rayon sakini, 2000-ci il təvəllüdlü Pərvanə Qasımova avqustun 9-da Tovuz Rayon Mərkəzi Xəstəxanasında təbii üsulla uşaq dünyaya gətirib.

 

Lakin yeni doğulmuş körpə avqustun 13-də həmin xəstəxanada dünyasını dəyişib.

 

Onun yaxınları iddia edir ki, körpə həkim səhlənkarlığı nəticəsində ölüb.

 

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır./report/