Qarabağ üzrə Dövlət Məşğulluq Mərkəzlərində işsiz və iş axtaranlara təklif olunan müxtəlif məvacibli işlərin siyahısı vətəndaşlarda böyük maraq doğurur.
Sulh.info.az xəbər verir ki, bu məqsədlə BAKU.WS Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinə sorğu göndərib.
Sorğu zamanı hazırda vətəndaşlara müxtəlif məvacibli işlərin təklif edildiyi üzə çıxıb.
Vakansiyalar əsasən xidmət və tikinti sahəsi üzrədir. Cəbrayıl, Zəngilan, Şuşa, Füzuli və Kəlbəcər rayonları üzrə vakansiyalar Dövlət Məşğulluq Agentliyi tərəfindən təqdim olunur. Əmək haqqları 450-2300 AZN arasında dəyişir.
Sosial mediada paylaş
Azərbaycanda faciəvi hadisə baş verib - ÖLƏNLƏR var
Avqustun 13-də Xızı rayonunda yerləşən un dəyirmanı müəssisəsində 2 nəfərin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırma zamanı həmin müəssisədə iş görərkən 1974-cü il təvəllüdlü Cavid Qocayev və 1981-ci il təvəllüdlü Müşfiq Muqbilovun texniki quyularda yaranmış qazdan zəhərlənmə nəticəsində ölməsi, 1985-ci il təvəllüdlü Xəyal Rəsulovun isə zəhərlənməsi müəyyən edilib.
Faktla bağlı Xızı rayon prokurorluğunda araşdırma aparılır.