Rusiya ötən gün Şükrü Okan yük gəmisinə xəbərdarlıq atəşi açdığını açıqlayıb.
Açıqlamaya əsasən, gəmiyə atəş açılmasına səbəb gəmi kapitanının Rusiyanın yoxlama tələbinə cavab verməməsi olub.
Rusiyaya aid Vasili Bıkov adlı patrul gəmisindən öncə xəbərdarlıq atəşi açılıb, daha sonra isə rus əsgərləri “Ka-29” helikopteri vsaitəsilə gəmiyə eniş ediblər. Məlumata əsasən məcburi yoxlanışın ardından gəminin hərəkətinə icazə verilib. Gəminin Rumıniyaya getdiyi bildirilir.
Taxıl dəhlizi sazişinin iyul ayında başa çatmasından sonra ilk dəfədir ki, kommersiya gəmisinə atəş açılıb. Rusiya iddia edir ki, gəmi Ukraynanın İzmail limanına doğru hərəkət edirmiş və gəmidə silah daşınması ehtimalı olub.
Türkiyə Müdafiə Nazirliyi isə gəminin öncədən Rumıniyaya doğru hərəkət etdiyini bildirib. Nazirlikdən verilən açıqlamada insidentin araşdırıldığını da vurğulanıb. /Sfera.az