Məşhur rəssam Pablo Pikassonun əsərləri Las-Veqasda keçirilən auksionda 108.9 milyon dollara satılıb.
SÜLH.İNFO.az xəbər verir ki, bu barədə “Sotheby's” ticarət evinin təşkilatçıları məlumat yayıb.
Auksiona Pikassonun 11 işi çıxarılıb. Rəssamın ən baha satılan əsəri 1938-ci ildə çəkdiyi “Qırmızı-narıncı beretli qadın” tablosu olub. 30 milyon dollar dəyərində qiymətləndirilən sözügedən əsər 40.479 milyon dollara satılıb.